Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prado Muzeyi hər il İspaniya iqtisadiyyatına 745 milyon avro qazanc gətirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Prado Muzeyi hər il İspaniya iqtisadiyyatına 745 milyon avro qazanc gətirir

Prado Muzeyi hər il İspaniya iqtisadiyyatına 745 milyon avro qazanc gətirir


Milli muzeyin iqtisadiyyata töhfəsini müəyyən etmək məqsədi ilə aparılan tədqiqat 2018-ci ildən toplanmış məlumatlara əsaslanıb. Muzeyin ümumi iqtisadi töhfəsi onun büdcəsindən 16 dəfə, dövlətdən aldığı maliyyə yardımından 48 dəfə çoxdur. Qeyd edək ki, muzey 2018-ci ildə dövlətdən 15,3 milyon avro yardım alıb.
Muzeyin direktoru Migel Falomirin izahatına görə, iqtisadi tədqiqat nəticələri mədəniyyət sahəsində fəaliyyəti “tüfeyli” fəaliyyət hesab edənlərə cavabdır. Prado Muzeyinin 512 əməkdaşı var, lakin iqtisadi baxımdan muzey sayəsində mədəniyyət, nəqliyyat, mehmanxana və restoran biznesi sahəsində 9570 birbaşa və dolayı iş yeri yaradılıb.
2019-cu ildə muzey tarixi rekord müəyyən edib: onu 3,2 milyondan çox insan ziyarət edib. İspaniyanın əsas mədəniyyət ocağı olan Prado Muzeyi ötən il 200 illiyini qeyd edib. Onun kolleksiyasında təqribən 8000 rəsm əsəri saxlanılır.

DAVAM.AZ
“Avropa Bürosu”

Geri dön