Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqlənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqlənib

Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqlənib


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublikanın şəhərlərinin Baş planlarının və müfəssəl planlaşdırma layihələrinin işlənilməsi prosesi davam edir.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev deyib. Onun sözlərinə görə, 2019-cu ildə Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib: "Hazırda Komitənin sifarişi əsasında Bakı ilə yanaşı hazırlanmasına 2018-ci və 2019-cu illərdə start verilmiş daha 10 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad, Kürdəmir, Goranboy, Gədəbəy, Astara və Gəncə) baş planlarının hazırlanması işi müxtəlif mərhələlərdə davam etdirilir. Eyni zamanda, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının sifarişləri əsasında hazırlanan daha 10 şəhərin (Şəki, Qax, Ağsu, Yevlax, Sumqayıt, Ağstafa, Xırdalan, Şamaxı, Mingəçevir, Salyan) ərazilərini əhatə edən müfəssəl plan layihələri hesabat dövründə Komitədə təhlil edilib, bir hissəsi ilə bağlı rəylər bildirilib".

DAVAM.AZ

Geri dön