Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özəl sektorun inkişafı üçün mövcud imkanlar müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Özəl sektorun inkişafı üçün mövcud imkanlar müzakirə edilib

Özəl sektorun inkişafı üçün mövcud imkanlar müzakirə edilib


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) üzvləri ilə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri arasında görüş keçirilib. ASK-dan bildirilib ki, görüş “Özəl sektorun inkişafı üçün mövcud olan imkanlar və məhdudiyyətlər” mövzusuna həsr olunub.
Bildirilib ki, sahibkarlarla görüşün məqsədi Azərbaycanda qeyri-neft sektoru üzrə özəl sektorun prioritet sahələrinin müəyyən edilməsi və bu sahələrə investisiya qoyulması üçün sahibkarlarla fikir mübadiləsi aparmaqdır. CPSD İşçi Qrupunun rəhbəri Niharika Saçdeva son zamanlar ölkəmizdə aparılan islahatları müsbət qiymətləndirərək, müvafiq məsələ üzrə sahibkarlardan təmsil etdikləri və digər sahələrdə qarşılaşdıqları problemlər və çağırışlar, bu problemlərin həlli istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmağa dəvət edib. Müzakirələrdə əsasən ölkədə son dövrdə qanunvericilik sistemində aparılan islahatlar nəticəsində sahibkarların qarşılaşdıqları problemlər və onların həlli yolları, müvafiq islahatlar çərçivəsində rəqabət imkanları, maliyyə resursları mənbələrinə çıxışda yaranan çətinliklər, ucuz və qısamüddətli maliyyə mənbələrinin azlığı, xarici investorların daxili bazara inamsızlığı, onlara daxili bazarın mövcud vəziyyəti və islahatlar haqqında daha dolğun məlumatın verilməsi istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi, ixtisaslı kadrların çatışmalığı və sair istiqamətləri əhatə edib.
Bu mövzular üzrə sahibkarlar öz fikirlərini bölüşüblər. Məhsulların maya dəyərinin yüksək olmasının rəqabət qabiliyyətinə mənfi təsir etdiyini qeyd edən sahibkarlar logistika qiymətlərinin də maya dəyərində xüsusi rolu olduğunu bildiriblər. Sahibkarlar Azərbaycana investisiya yatırmaq üçün bir neçə sahədəki perspektivləri IFC-nin nümayəndə heyəti ilə bölüşüblər.

DAVAM.AZ

Geri dön