Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda 3 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Bakıda 3 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

Bakıda 3 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib


Bakıda 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. “Binə” və “Sədərək” ticarət mərkəzlərini birləşdirən yolun vəziyyəti qənaətbəxş olmadığından avtobusların buradan keçməsi çətinliklər yaradırdı. Bu hal sərnişinlərin də ciddi narahatlığına səbəb olurdu.
185 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən isə avtobuslar Yusif Vəliyev - Dadaş Vasif - İsrafil Məmmədov küçələrindən keçməklə hərəkət edəcək. 206 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan qəsəbəsi “Təzə evlər” adlanan əraziyədək hərəkət edəcək. Bu isə həmin ərazidə yaşayan sakinlərin “Elmlər Akademiyası” metro stansiyası istiqamətində rahat gediş-gəlişinin təmin edilməsinə imkan verəcək.

DAVAM.AZ

Geri dön