Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BDU tələbələrinə yataqxana tikiləcək.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > BDU tələbələrinə yataqxana tikiləcək.

BDU tələbələrinə yataqxana tikiləcək.


Yataqxanada avtomobillərin saxlanılması üçün yeraltı qaraj və universitetə yeraltı keçidlər tikiləcək

20 ildir məcburi köçkünlərin istifadəsində olan tələbə yataqxanaları tezliklə öz yeni sakinlərinə qovuşacaq. Artıq bu ilin sonunda tələbə şəhərciyində yerləşən Bakı Dövlət Universitetinin yataqxanalarından qaçqın və məcburi köçkünlər köçürüləcək. Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin Məskunlaşma, Miqrasiya və Məşğulluq şöbəsinin müdiri Sənan Hüseynovun sözlərinə görə, ölkə başçısının müvafiq sərancamına əsasən Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkün ailələri Abşeron rayonu Müşfiqabad qəsəbəsində onlar üçün tikilən yeni binalara köçürüləcək. Qəsəbədə məcburi köçkünlər üçün 5 mərtəbəli olmaqla, 22 bina tikilib.

İlkin mərhələdə iki yataqxana sökülərək 210 ailənin köçürülməsi nəzərdə tutulub. Daha sonra bu iş mərhələli şəkildə davam etdiriləcək. Köçürülmə prosesi tam başa çatdıqdan sonra isə Bakı Dövlət Universitetinin tələbələri üçün yeni yataqxanaların tikintisinə başlanılacaq. Universitetin iqtisadiyyat və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının sözlərinə görə, ötən əsrin 60-cı illərində tikilən 7 tələbə yataqxanası istismar müddətini çoxdan başa vurduğundan onların təmir olunması mümkün deyil. Odur ki, 50 ildən çoxdur istismar olunan yataqxanalar sökülərək yerində kampus tipli yeni binalar tikiləcək.

Layihəyə əsasən yeni yataqxana binasında otaqlar 2-3 tələbənin qalması üçün nəzərdə tutulub. Hər bir otaqda sanitar qovşaq olmaqla tələbələrin istirahəti üçün bütün şərait yaradılacaq. Kitabxana, çamaşırxana və tələbələrin gündə 3 dəfə qidalanması üçün yeməkxana fəaliyyət göstərəcək. Bütün bu xidmətlərin müqabilində isə tələbələr yataqxanaya indi qaldıqları kirayə evlərə ödədikləri məbləğin yarıdan da az hissəsini ödəyəcək. Üstəlik yataqxanada avtomobillərin saxlanılması üçün yeraltı qaraj və universitetə yeraltı keçidlər tikiləcək.

Prorektor onu da bildirib ki, 7 min tələbə tutumu olacaq yeni yataqxana binasının 2 il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulub.

Geri dön