Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürülmələrinə başlanılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürülmələrinə başlanılır

Ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürülmələrinə başlanılır


Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır. Təhsil Nazirliyindən verilən məlumata görə, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.

DAVAM.AZ

Geri dön