Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İctimai müəssisələrdə və məktəblərdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > İctimai müəssisələrdə və məktəblərdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib

İctimai müəssisələrdə və məktəblərdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 103 nömrəli Gədəbəy, 98 nömrəli Şəmkir, 100 nömrəli Şəmkir-Daşkəsən seçki dairələrində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qusar şəhər peşə liseyində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayonunda yerləşən 106 nömrəli Kəlbəcər tam orta məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik Şəhər Mərkəzi Xəstəxanasında maarifləndirmə tədbirləri keçirib. FHN-dən bildirilib ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib, həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Tədbirlərdə, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

DAVAM.AZ

Geri dön