Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölkə ərazisində toz dumanı müşahidə olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Ölkə ərazisində toz dumanı müşahidə olunur

Ölkə ərazisində toz dumanı müşahidə olunur


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən yanvarın 31-də gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hazırda tozun miqdarı sanitar normadan 2,4 dəfə çoxdur. Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz dumanının daxil olmasıdır. Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur. Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəzlənməsi nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.

DAVAM.AZ

Geri dön