Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “İntellektual Klubların II Gənclər Kuboku” adlı intellektual yarış keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > “İntellektual Klubların II Gənclər Kuboku” adlı intellektual yarış keçirilib

“İntellektual Klubların II Gənclər Kuboku” adlı intellektual yarış keçirilib


Azərbaycan Gəncləri Günü münasibəti ilə 01 fevral 2020-ci il tarixində Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “İntellektual Klubların II Gənclər Kuboku”-nun final mərhələsinin açılış mərasimi keçirilib. Fonddan verilən məlumata görə, yanvar ayında start verilmiş turnirdə 58 rayon və şəhərdən ümumilikdə 300 komanda arasında yarış keçirilmiş və 70 komanda final mərhələsinə vəsiqə qazanmışdır. Regional seçimlərdə ümumilikdə 2000-ə yaxın gənc iştirak etmişdir. Final mərhələsi “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq”, “Erudit Kvartet” və “Kviz” oyunları əsasında keçiriləcəkdir.
Açılışda dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Çıxış edən rəsmilər prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, o cümlədən gənclər üçün yaradılan şəraitdən, gənclərə olan xüsusi diqqət və qayğısından danışmış, gənclərin intellektual səviyyəsinin artırılması yönündə görülən işləri iştirakçıların diqqətinə çatdırmışlar.

Geri dön