Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneulinin azərbaycanlılar yaşayan kəndləri abadlaşdırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulinin azərbaycanlılar yaşayan kəndləri abadlaşdırılır

Marneulinin azərbaycanlılar yaşayan kəndləri abadlaşdırılır


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda kəndlərin abadlaşdırılması davam edir. Bu il Marneuli rayonunun Sadaxlı ərazi vahidliyində yeni yollar, su xətlərinin çəkilişi və quyuların qazılması, eləcə də məktəblərin təmiri və s layihələr həyata keçiriləcək. Marneuli rayonun meri Zaur Darğallı Sadaxlıda olub, yerli əhali ilə görüşüb və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Z.Darğallı deyib ki, yeni layihələr əhalinin ehtiyacları nəzərə alınmaqla, onların müəyyən etdikləri prioritetlərə uyğun olaraq hazırlanıb. Sadaxlı inzibati ərazi vahidliyinə daxil olan kəndlərdə daxili yolların asfaltlanması, içməli su təchizatı üçün quyuların qazılması, yeni məktəb binalarının inşası və digər böyük infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub.
Görüşdə “Kəndə Dəstək Proqramı” çərçivəsində seçilmiş layihələrdən danışılıb, vətəndaşların bu layihələrin həyata keçirilməsi işlərinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb. Görüşdə rayon bələdiyyəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön