Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneulidən olan idmançı Bakıdan medalla qayıdıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulidən olan idmançı Bakıdan medalla qayıdıb

Marneulidən olan idmançı Bakıdan medalla qayıdıb


Marneulili idmançı Fərid Ocaqverdiyev Bakıda keçirilən Beynəlxalq Turnirdə iştirak edib. Bu haqda "Gorarxı" idman klubunun baş məşqçisi Tofiq Əkbərov açıqlama verib. Onun sözlərinə görə, Bakıda təşkil olunmuş turnir Azərbaycan Muaytay Federasiyasının təşkilatçılığı ilə keçirilib və Fərid Ocaqverdiyev bu yarışda gümüş medal qazanıb.
"Fərid Ocaqverdiyev "Gorarxı" idman klubunun üzvüdür və o, Bakıda keçirilən turnirə Gürcüstan Kikboksinq Federasiyası tərəfindən qatılıb. 45 kq çəki dərəcəsində mübarizəyə qatılan Marneulili idmançımız bütün rəqiblərinə qalib gələrək finala yüksəldi. Amma finalda rəqibinə məğlub olaraq gümüş medala sahib olub", – Tofiq Əkbərov dedi. Onu da əlavə edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə idmançıları iştirak ediblər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön