Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniya Avropa İttifaqını rəsmən tərk edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Böyük Britaniya Avropa İttifaqını rəsmən tərk edib

Böyük Britaniya Avropa İttifaqını rəsmən tərk edib


Yanvarın 31-də yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə fevralın 1-i saat 03:00-da) Böyük Britaniyanın Avropa İttifaqına 47 il davam edən üzvlüyü rəsmi olaraq sona çatdı. Londonun mərkəzinə toplaşan minlərlə Brexit tərəfdarı ölkə həyatında yeni mərhələnin başlanmasını coşqu və Britaniya bayraqlarını dalğalandırmaqla qeyd etdi. Birləşmiş Krallığının Avropa İttifaqını tərk etməsindən bir saat əvvəl xalqa müraciət edən Baş Nazir Boris Conson ölkənin yeni mərhələ üçün prioritetlərini açıqlayıb. O, Brexitin son deyil, yeni başlanğıc olduğunu bildirib. Avropa İttifaqından rəsmən çıxan Böyük Britaniya üçün dekabrın 31-dək keçid dövrü olacaq. Bu müddətdə Birləşmiş Krallıq və Aİ-nin digər 27 üzvü münasibətlərinə əvvəlki kimi davam edəcəklər. Həmin dövr ərzində tərəflər gələcəkdə birgə yaşamaq və qarşılıqlı fəaliyyət göstərmək üçün bütün şərtləri razılaşdırmalı, ilk növbədə, azad ticarət müqaviləsi imzalamalıdırlar. Xatırladaq ki, 2016-cı ildə ölkədə Brexitlə bağlı referendum keçirilib. Səsvermənin nəticələrinə əsasən, seçicilərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib.

DAVAM.AZ
“Avropa Bürosu”

Geri dön