Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada vəkillər pensiya islahatına etiraz olaraq nümayişlərə çıxıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Fransada vəkillər pensiya islahatına etiraz olaraq nümayişlərə çıxıblar

Fransada vəkillər pensiya islahatına etiraz olaraq nümayişlərə çıxıblar


Fransada pensiya islahatı layihəsinə qarşı etiraz nümayişləri davam edir. SOS Təqaüd (SOS Retraites) kollektivinin çağırışı ilə ölkənin bir çox şəhərlərində artıq 4 həftədir tətil edən vəkillər etiraz nümayişinə çıxıblar.
Parisdə vəkillər Ədliyyə Nazirliyinin qarşısına toplaşıblar. Minlərlə nümayişçi bildirib ki, yeni pensiya islahatı layihəsi liberal peşə sahibləri üçün çox ədalətsizdir. Parisdə 15 mindən çox vəkilin nümayişlərə qoşulduğu deyilir. Ölkədə vəkillərin məhkəmələrə getmədiyi, minlərlə məhkəmə işinin təxirə salındığı və yığılıb qaldığı bildirilir. Tibb bacıları, loqoped, hava bələdçisi kimi liberal peşə sahibləri də vəkillərə qoşulub.
Qeyd edək ki, CGT, FO, FSU, Həmrəylik (Solidarites), MNL, UNL, Fidl və Unef kimi həmkarlar təşkilatları fevralın 6-da ümumi nümayişə çağırışlar ediblər. Yeni pensiya islahatı layihəsi baxılmaq üçün artıq Milli Assambleyaya təqdim edilib.

DAVAM.AZ
“Avropa Bürosu”

Geri dön