Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayıllı və Xaçmaz gəncləri də “Könüllü qonaq” təşəbbüsündə fəal iştirak edirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > İsmayıllı və Xaçmaz gəncləri də “Könüllü qonaq” təşəbbüsündə fəal iştirak edirlər

İsmayıllı və Xaçmaz gəncləri də “Könüllü qonaq” təşəbbüsündə fəal iştirak edirlər


Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildiriblər ki, bu təşəbbüsə fəal şəkildə qoşulan Qax, İsmayıllı və Xaçmaz gəncləri növbəti dəfə tədbirlərdə iştirak ediblər.
Gənclər həmin rayonlarda yaşayan və xüsusi qayğıya ehtiyacı olan növbəti sakinlərin evlərinə baş çəkiblər. Evdə təmizlik işləri aparan, həyətdə və bağda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmaq barədə çağırış ediblər. Xatırladaq ki, bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

DAVAM.AZ

Geri dön