Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət vəkilliyinə baxış səhvi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, MDH > Millət vəkilliyinə baxış səhvi

Millət vəkilliyinə baxış səhvi


Son günlər milli məclisə namizədlər seçicilərin arasında belə fikirlər formalaşdırır ki, əgər seçilsəm məhlədə, qəsəbədə və rayonda olan bütün problemləri həll edəcəm, Hər gün sizlərlə oturub çay içərək, sizlərin dərdinə şərik olacam.
Amma ən böyük yanlışlıq elə buradadır ki, belə namizədlərin düşüncəsi özlərinin də dediyi kimi məhlədən kənara çıxıb əsl mahiyyəti olan, adı üstündə millətin vəkili olma zirvəsinə çata bilmir. Bütün bu sadalanan problemlərlə məşğul olmaq üçün dövlətin müəyyən qurumları var. Əgər bu qurumlardan sakinlər narazı olarlarsa o halda millət vəkili təklif və məsələ qaldıra bilər. Biz hal-hazırda müharibə şəraitində yaşayan ölkə olaraq bizə ən çox da hərbi təcrübəsi siyasi keçmişi olan millət vəkilləri seçməliyik. Bizə düşmənin paytaxtında onun 1-ci şəxsinə sən işğalçısan oturduğun yeri də işğal etmisən gözlə geri alacağıq deyə bilən cəsarətdə vəkil lazımdı. Bu cəsarət də hələ ki, namizədlərdən yalnız Fərəc bəydə var. Mən şəxsən Fərəc bəyin rəqiblərinin hamısının eyni mədəniyyət evində göruşünü izləmişəm. Heç kimin görüşündə zal tam dolmayıb amma Fərəc bəyin görüşündə ayaqda olanlardan başqa nə qədər sakin də zalın girişində var idi. Burdan belə qənaətə gəlmək olar lap tutaq ki, biz məcburən gətirmişdik(amma bu elə deyildi) bəs siz sevənləriniz ilə niyə doldurmamışdınız zalı? Niyə boş idi zalınız, niyə gəlməmişdi sevənləriniz? Odur ki, əziz seçicilər gəlin təsadüfi adamları yox layiq olanı, təcrübəsi olanı seçək. Məhlə, qəsəbə vəkilini yox millətin, xalqın vəkilini seçək.

Fariz Rüstəmov

Geri dön