Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan alimləri İtaliyada türk tarixinin təqdimatını keçiriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Diaspor > Azərbaycan alimləri İtaliyada türk tarixinin təqdimatını keçiriblər

Azərbaycan alimləri İtaliyada türk tarixinin təqdimatını keçiriblər


Azərbaycan alimləri İtaliyanın Milan şəhərində VI Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumunda təqdimatlarla çıxış ediblər.

Simpoziumun təşkilatçılarından olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən cümə axşamı bildiriblər ki, simpoziumda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Azərbaycan-Avropa əlaqələri tarixinə dair", Memarlıq və İnşaat Universitetinin professoru Ramiz Əbdülrəhimovun "Türkdilli xalqların memarlıq irsinin tarixi inkişaf yolları", həmin universitetin professoru Cəfər Qiyasinin "Azərbaycanın monumental Səfəvi türbələri və Tac Mahal türbəsinin genezisi haqqında" və digər məruzələr dinlənilib.

Simpoziumda türk tarixi, ədəbiyyatı, folkloru, incəsənətinə dair məruzələr, türk elmi, türk arxeologiyası haqqında məruzələr dinlənilib.

Simpozium zamanı, həmçinin beynəlxalq sərgi, "Miras" Musiqi Qrupunun ifasında Azərbaycan muğamı gecəsi təşkil olunub.

Simpoziumun keçirilməsində, həmçinin Türkiyənin Konya Fikir, Mədəniyyət və Sənət Adamları Birliyi və Milan Politexnik Universiteti təşkiltaçılıq edib.

Geri dön