Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hüquqşünas Rövşən Qasımov: Siyasi təbliğat MƏDƏNİYYƏTİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Hüquqşünas Rövşən Qasımov: Siyasi təbliğat MƏDƏNİYYƏTİ

Hüquqşünas Rövşən Qasımov: Siyasi təbliğat MƏDƏNİYYƏTİ


İYRƏNC OLMAYAQ..SİYASİ TƏBLİĞAT MƏDƏNİYYƏTİ OLMAYAN ŞƏXSDƏN DEPUTAT OLMAZ...DEMOKRATİYA ANARXİYA DEYİL!!!

Azərbaycanın ötən əsrdə ərazi işğalına məruz qalması, kütləvi şəkildə qırğınlara, deportasiyaya, hətta soyqırım kimi cinayətə məruz qalması kifayət qədər ciddi faktlarla, dəlillərlə sübut olunur.Əlbəttə, kimlərsə bu gün özünü korluğa qoyub əsrin əvvəllərində üzləşdiyimiz faciələrə skeptik yanaşmaq niyyətinə düşə bilər. Fəqət, əsrin sonuna doğru azərbaycanlıların kütləvi deportasiyası, ərazilərimizin işğala məruz qalması, bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, nəhayət, Xocalı soyqırımı danılmaz, inkarolunmaz faktlarla təsdiqlənib. Milli hissini itirmiş bəziləri bu faktları unutmağa çalışsalar da, bu inkarolunmaz həqiqət ən azı arxiv sənədləri, istintaq materialları, foto, video və audio vasitələrlə sübuta yetirilir. Xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, həm də bəzən "sapı özümüzdən olan baltalar"dan da almışıq. Torpaq itkilərimizin, faciələrimizin çoxsaylı səbəbləri sırasında milli xəyanət amilini də zaman-zaman ürəkağrısı ilə etiraf etməli olmuşuq. Bəli, Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalanan, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, Vətənə xəyanətkar münasibətinə zaman-zaman rast gəlmişik. 09 fevral 2019 -cu il Milli məclisə seçkilər yaxınlaşdıqca , deputat olmaq üçün nələr edildiyinin şahidi olmamaq üçün gərək bu mühitdən uzaq bir yerdə olasan. Qarşı tərəfi , yəni rəqibini ləkləmək , şantaj etmək , seçici potensalını azaltmaq , nəyin bahasına olursa olsun seçkidə qalıb gəlmək üçün iyrənc yollara əl atılır. Qanunu bir mənalı şəkildə şəxsin ( deputatlığa namizədin ) iradəsinə zidd olan hər hansı bir vido çəkilişin , səs yazısının aparılmasını rədd edir. Siyasi arenda və təbliğatda öz cılızlığını , sosial bazasının olmamasını görənlər qanuna zid olaraq , qanunla qadağan olunan hərəkətlərin edilməsini rədd edir. Sosial şəbəklərdə ,bu çirkin antitəbliğatın aparılmasının demək olar ki , gündəlik şahidi oluruq. Nu hərəkətlərin düşünülmüş şəkildə edilməsi bir daha sübut edir ki , deputalığa namizədliyin irəli sürən şəxslərin siyasi təbliğat tərbiyəsində çatışmamazlıq var. Sağlam rəqabət aparmaql xalqın dəstəyini qazanmaq əvəzinə , əks tərəfin axtarıb mənfi xüsusiyyətlərini tamağa cəhdlər edilir və bundan da şantaj məqsədi üçün istifadə edilməyə cəh edilir. Seçicilərin fikrinə öz platformaları ilə təsir etməkdə gücsüz olan şəxslərin qeyri etik , əxlaq-qanuna zidd metodlardan istifadə etməsi , həmin şəxslərin nə qədər iyrənc olduğundan xəbər verir. Hər hansı bir deputatlığa namizəd barədə belə bir iyrənc təbliğat aparan şəxs anlamır ki , bu cür təbliğatla onlar özlərinə hüquqi baxımdan quyu qazırlar. Bu təbliğat 08 fevral 2020-ci il tarixdə bitəcək və sual olunur bəs sonra nə olacaq.? Aydın məsələdir ki , Milli Məclisə deputatlığa namizədlərdən sosial bazası , seçici dəstəyi güclü olanlar qalib gələcək və deputat mandatını qazanacaqlar. Milii Məclisə deputatlığa namizədlər sosial şəbəkələrdə yaradılmağa cəhd edilən edilən mənfi və ya müsbət rəyin nəticəsində seçilmirlər. Aparılan bu qorxunc iyrənc anti təbliğatı təkcə özümüz oxuyub , qulaq asmırıq. Bir xalq olaraq özümüzü dünya ictimayətinə mənfi obraz kimi təqdim etməklə nə qazanırıq. ? QAZANCIMIZ HEÇ BİR ŞEY OLUR..AMMA İTİRDİYİMİZ BİR XALQ KİMİ ÇOX ŞEY OLACAQ. DÜNYAYA ÖZÜMÜZÜ SİYASİ MƏDƏNİYYƏTDƏN UZAQ BİR XALQ KİMİ TƏQDİM ETMƏYƏK.DEMOKRATİYA ANARXİYA DEYİL..BÜTÜN QANUNA ZİDD HƏRƏKƏTLƏRİN HÜQUQİ CAVABI OLACAQ.

Rövşən Qasımov

Geri dön