Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tatarıstanlı müşahidəçi: Seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Tatarıstanlı müşahidəçi: Seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb

Tatarıstanlı müşahidəçi: Seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb


Artıq bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etmişik. Məntəqələr müasir avadanlıqla təchiz edilib. Ən əsası budur ki, seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb. Bu onu göstərir ki, deputat seçkilərinə ciddi hazırlıq görülüb.
Bu sözləri müsahibəsində Milli Məclisə keçirilən seçkiləri izləyən tatarıstanlı müşahidəçi Artiyon Elizarov söyləyib.

O deyib: “Azərbaycanda deputat seçkiləri yüksək əhval-ruhiyyədə keçir. Deyərdim ki, bu seçkilər ölkədə demokratiyanın dərinləşməsində növbəti mühüm addımdır. Müşahidə apardığım məntəqələrdə növbələrin şahidi oldum. İnsanlar məntəqələrə gələrək fəallıqla seçici hüququndan istifadə edirlər. Dairə və məntəqələrdə həm də çoxsaylı müşahidəçilər gördüm. Seçkilər azad, demokratik və şəffaf keçir”.

Geri dön