Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Paytaxtın ictimai nəqliyyatında daha bir yenilik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Paytaxtın ictimai nəqliyyatında daha bir yenilik

Paytaxtın ictimai nəqliyyatında daha bir yenilik


Paytaxtın ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edirlər.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

Geri dön