Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar

Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn həmin ölkə vətəndaşları Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunublar. Bu zaman xanım vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Lakin onların çamadanlarına rentgen qurğusu ilə baxış zamanı şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı çamadanların plastik tutacağı ilə diyircəklərini birləşdirən metal borularının içərisindəki boşluqlarda yerləşdirilən 9 ədəd bükümdə, ümumi çəkisi 369 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 108 qram olan ağ rəngli psixotrop maddə-metamfetamin aşkarlanıb. Şəxsi yoxlama zamanı isə həkim müayinəsinə ehtiyac yaranıb. Bu zaman xanım vətəndaşların birinin daxili orqanı - düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş sellofana bükülü 2 ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 61 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ

Geri dön