Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qubada yanğının daha geniş əraziyə yayılmasının və böyük itkilərin qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Qubada yanğının daha geniş əraziyə yayılmasının və böyük itkilərin qarşısı alınıb

Qubada yanğının daha geniş əraziyə yayılmasının və böyük itkilərin qarşısı alınıb


Quba rayonunun Qalxun kəndində, ən yaxın yanğından mühafizə hissəsindən 60 kilometrdən artıq məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayasının yanması və yanğının evlərə keçməsi ehtimalı nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi, Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. FHN-dən bildiriblər ki, görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının və daha böyük itkilərin qarşısı alınıb. Hadisə nəticəsində müvafiq olaraq 100 və 80 kvadratmetr sahəsi olan iki ev, eləcə də digər bir evin 30 kvadratmetrlik hissəsi, ümumi sahəsi 120 kvadratmetr olan altı tövlə və dörd ot tayası yanıb. Ətrafdakı evlər, tövlə və ot tayaları yanğından mühafizə olunub.

DAVAM.AZ

Geri dön