Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ Regional Mərkəzində mülki müdafiə kursları davam etdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Qarabağ Regional Mərkəzində mülki müdafiə kursları davam etdirilir

Qarabağ Regional Mərkəzində mülki müdafiə kursları davam etdirilir


Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzində “Rəhbər heyət və mütəxəssislərin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanması” proqramı əsasında təlim-tədris işləri üzrə direktor müavinləri kateqoriyası üzrə növbəti mülki müdafiə kursları keçirilib. FHN-dən bildiriblər ki, Mərkəzin xidməti ərazisini əhatə edən rayonların məktəb direktorlarının müavinləri üçün keçirilən kurslar “2020-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən təşkil edilib.
Kurslarda iştirakçılara əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rol və vəzifələri, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi üzrə məşğələlər keçirilib. Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bilik və bacarıqların təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılıb. Məşğələlər zamanı mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib. Dinləyicilər xüsusi xilasetmə avadanlığı və onların iş prinsipi ilə yaxından tanış olublar. Kursları uğurla başa vurmuş dinləyicilərə şəhadətnamələr verilib.

DAVAM.AZ

Geri dön