Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneulidə Rəşan Ziyadəliyevə dəstək aksiyası keçirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulidə Rəşan Ziyadəliyevə dəstək aksiyası keçirildi

Marneulidə Rəşan Ziyadəliyevə dəstək aksiyası keçirildi


Bir qrup gənc fəal aktivistlər və müxalifət partiyalarının nümayəndələri Rəşan Ziyadəliyevə dəstək aksiyası keçiriblər. Etirazçılar ilk öncə Ədliyyə evinin önünə toplaşıb daha sonra isə Marneuli polis bölməsinin qarşısına doğru yürüş ediblər.
Polis binasının önündə davam edən aksiyada "Aktivlik cinayyət deyil" "Polis bizi qoru" kimi şuarlar səsləndiriblər.
Xatırladaq ki, ötən axşam Marneuli rayonunun Qızılhacılı kənd sakini gənc fəal Rəşan Ziyadəliyev polis tərəfindən saxlanılıb. Polis onu saxlayaraq şəkilini çəkmək istəyib. Rəşan isə üzərində şəxsiyyət vəsiqəsinin olduğunu bildirib və polisə onu təqdim edib polis isə şəkilnin çəkilməsini israr edib. R. Ziyadəliyev polisə izin verməyib. Daha sonra tərəflər arasında sözlü mübahisə yaranıb sonra isə polis onu bölməyə aparıb. R.Ziyadəliyevə məhkəmə təyin olunub. Məhkəmə prosesi 10 fevral tarixində Rustavi şəhərində keçirləcək.

P.S. Son dəqiqə redaksiyamıza gələn məlumata görə, Rəşan Ziyadəliyev həbsdən azad edilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön