Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Ağıllı büdcə” layihəsinin yekun mərhələsinin qalibləri mükafatlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > “Ağıllı büdcə” layihəsinin yekun mərhələsinin qalibləri mükafatlandırılıb

“Ağıllı büdcə” layihəsinin yekun mərhələsinin qalibləri mükafatlandırılıb


Məktəblilərin maliyyə savadlılığının artırılmasına xidmət edən “Ağıllı büdcə” layihəsinin yekun mərhələsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, layihənin yekun mərhələsində şagirdlərə maliyyə savadlılığı üzrə əldə etdikləri bilikləri poster üzərinə köçürərək təqdim etmək, yaradıcı düşünmə bacarıqlarını artırmaq və gənclər arasında maliyyə savadlılığını təşviq etmək imkanı yaradılıb.
Yarışın bu mərhələsində paytaxt üzrə 10 ümumtəhsil müəssisəsinin VII, VIII, IX sinif şagirdləri iştirak ediblər. Təhsil Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin ilk mərhələsində 314 nəfər Bakı məktəblisi interaktiv oyun ilə büdcə planlaşdırılması, büdcəyə nəzarət, gəlir, xərc və qənaət kimi anlayışlar ilə tanış olub və bu istiqamətdə praktiki bacarıqlarını təkmilləşdiriblər.
“Ağıllı büdcə” layihəsinin yekun mərhələsi olan “Poster” yarışında 30 komandadan ibarət 180 gənc iştirak edib. Komandalar maliyyə savadlılığı sahəsi üzrə pul və əmək, büdcə planlaşdırılması, bank xidmətləri, vergi, sığorta, pensiya kimi mövzulara aid şüarlar əsasında posterlərini təqdim ediblər.
Posterlər altı nominasiya üzrə qiymətləndirilib. Hər nominasiya üzrə qalib komandalara Mərkəzi Bank tərəfindən hədiyyələr təqdim olunub. Bundan əlavə, kreativ yanaşma, maraqlı dizayn, mesajın aydınlığı, işi təqdimetmə qabiliyyətinə görə qiymətləndirmə apararaq 4 ən yaxşı poster hazırlayan komanda münsiflər heyəti tərəfindən sertifikat və hədiyyələrə layiq görülüb.

DAVAM.AZ

Geri dön