Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərəb Parlamentlərarası Birliyi ABŞ-ın Yaxın Şərq sülh planını qəbul etməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ərəb Parlamentlərarası Birliyi ABŞ-ın Yaxın Şərq sülh planını qəbul etməyib

Ərəb Parlamentlərarası Birliyi ABŞ-ın Yaxın Şərq sülh planını qəbul etməyib


Ərəb Parlamentlərarası Birliyi (APU) ABŞ-ın Yaxın Şərq sülh planını qəbul etməyib. APU-nun İordaniyanın paytaxtı Əmmanda keçirilən 30-cu növbədənkənar sessiyasında 20 iştirakçı ölkə Donald Trampın Fələstinlə bağlı təkliflərinin əleyhinə səs verib. Sessiyaya sədrlik edən iordaniyalı deputat Atif Təravneh bildirib ki, ərəb dünyasının Fələstinlə həmrəylik nümayiş etdirməsi məqsədilə vahid etiraz cəbhəsi yaradılmalıdır. O, ABŞ-ın planının qəbuledilməz olduğunu əlavə edib.
Ərəb ölkələrinin qanunvericiləri qeyd ediblər ki, bölgədə Fələstin xalqının razılığı olmadan münaqişənin heç bir nizamlama variantını həyata keçirmək mümkün deyil. Belə ki, məqbul yol Fələstinin 1967-ci ildən əvvəlki sərhədlər daxilində və paytaxtı Şərqi Qüds olmaqla dövlət qurmasıdır. İordaniyanın Baş Naziri Ömər Rəzzaz çıxışında bildirib ki, bölgədəki hazırkı vəziyyət ərəb dövlətlərinin daimi koordinasiyasını tələb edir.

DAVAM.AZ
“Uzaq Doğu Bürosu

Geri dön