Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zakir Həsənov Brüsselə gedəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Zakir Həsənov Brüsselə gedəcək

Zakir Həsənov Brüsselə gedəcək


Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Xəbərə görə, fevralın 13-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

DAVAM.AZ

Geri dön