Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin sayı azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin sayı azalıb

Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin sayı azalıb


Dövlət Miqrasiya Xidmətinin (DMX) Qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan şəxslərin sayı azalıb. DMX-dan sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində fəaliyyət göstərən Qanunsuz miqrantların saxlanılması mərkəzlərində Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran, readmissiya sazişləri çərçivəsində readmissiya edilməli olan, qaçqın statusu almaq üçün müraciət etmiş, yaxud qaçqın statusu almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin könüllü və ya məcburi yerləşdirilməsi təmin edilir: “Xüsusilə qeyd etmək istərdik ki, bu qəbildən olan insanlar Mərkəzlərdə müvəqqəti yerləşdirildiyindən onların sayı gündəlik olaraq dəyişir. Ümumilikdə, əvvəlki dövrlə müqayisədə 2019-cu ildə bu Mərkəzlərdə saxlanılan şəxslərin sayı 2018-ci illə müqayisədə 30% azalıb”.

DAVAM.AZ

Geri dön