Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni obyektlər istifadəyə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni obyektlər istifadəyə verilib

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni obyektlər istifadəyə verilib


Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 11-də nazirliyin rəhbər heyəti HHQ-nin hərbi hissəsində yeni inşa edilmiş hərbi obyektlərin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidəki iki mərtəbəli qərargah binası, əsgər yataqxanası, sinif otaqları, anbarlar, sıra meydanı, nəzarət-buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub. Tikintisi davam edən digər obyektlərə də baxış keçirən Müdafiə naziri işlərin keyfiyyətli başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

DAVAM.AZ

Geri dön