Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hərbi Akademiyada ingilis dili üzrə dinləyicilərin buraxılış mərasimi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Hərbi Akademiyada ingilis dili üzrə dinləyicilərin buraxılış mərasimi keçirilib

Hərbi Akademiyada ingilis dili üzrə dinləyicilərin buraxılış mərasimi keçirilib


Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində ingilis dili üzrə müəllim hazırlığı kursunun dinləyicilərinin buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Hərbi Akademiyanın rəis müavini general-mayor Azər Əliyev ingilis dili üzrə müəllim hazırlığı kursunun əhəmiyyətindən və mahiyyətindən danışıb. Qeyd edib ki, kurs müddətində dinləyicilərə ingilis dili üzrə müasir tədris metodologiyası öyrədilib, onların bilik və bacarıqları təkmilləşdirilib. Sonda kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim edilib.

DAVAM.AZ

Geri dön