Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tullantı sularının təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Tullantı sularının təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək

Tullantı sularının təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək


Nazirlər Kabineti sudan istifadə qaydalarına dəyişiklik haqda qərara aydınlıq gətirib.
Nazirlər Kabinetindən verilən məlumata görə, qərara əsasən hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir. Eyni zamanda tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir. Bu Qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.

DAVAM.AZ

Geri dön