Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Samsung" qatlanan ekranlı yeni smartfonunu təqdim etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > "Samsung" qatlanan ekranlı yeni smartfonunu təqdim etdi

"Samsung" qatlanan ekranlı yeni smartfonunu təqdim etdi


Cənubi Koreyanın "Samsung" şirkəti fevralın 11-də San-Fransisko prezentasiyasında yeni qatlanan ekranlı smartfonunu təqdim etdi. Yeni smartfonun adı "Galaxy Z Flip" olacaq.
"Samsung" nümayəndəsi Rebekka Xerst izah etdiyi kimi, telefon açılmış vəziyyətdə 6.7 düymlük ekrana sahibdir. Xerstin sözlərinə görə, ekranda çox nazik şüşədən istifadə olunub.
"Galaxy Z Flip" müştərilərə qara, qızılı və bənövşəyi rənglərdə təqdim olunacaq. ABŞ-da bu smartfonların satışı fevralın 14-də başlayacaq. "Galaxy Z Flip" smartfonunun qiyməti ABŞ-da 1380 dollar təşkil edəcək.

DAVAM.AZ

Geri dön