Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qafqazda məkrli Tehran taktikası
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Qafqazda məkrli Tehran taktikası

Qafqazda məkrli Tehran taktikası


İranın Qafqaz doktrinasında yer alan uzaq hədəflərinin qarşısı alınmalıdır

İranın mollakratiya rejimi Orta Doğu, Orta Asiya və Qafqazda özünün siyasi hədəflərini ortaya qoymaq üçün yeni infrastukturlar yaratmaqdadır. Bu, uluslararası münasibətlərdə yer alan oyun qaydalarının alternativ düzənini formalaşdırmaqla müşahidə olunur. Belə ki, Avropa və NATO ilə münaqişəsi olan Çin, Rusiya, Hindistan və digər dövlətlərlə birgə taktikanın, hədəflərin sırasında yer alan Tehran rejimi mümkün qədər çevik siyasətlərin ortasında dayanmaqla öz strateji maraqlarının təmin ediıməsinə çalışır. Atılan addımlar isə mümkün qədər mollakratiya oliqarxiyası rejiminin ömrünü uzaltmaq deməkdir.

Qafqazda Tehranın dolanbac oyunları

İran-Ermənistan-Gürcüstan zolağında rəsmi Tehran Gürcüstanla iqtisadi əlaqələrinin inkişafı ilə yanaşı, Azərbaycan Türklərinin kompakt şəkildə yaşadığı Borçalı bölgəsində, özəlliklə də Marneuli şəhərində öz təsisatlarını gücləndirmək siyasətini rəsmiləşdirməyə çalışır. Ermənistanla strateji müttəfiqlik məsələləri isə çoxdan çözülüb. Rusiya ilə Xəzər dənizi məsələsində ortaq mövqe sərgiləməsinin qarşılığında isə, Həştərxan vilayəti və Dağıstanda “İran Mədəniyyət Mərkəzi” qurumlarını yaratmaqla onun çevrəsində digər strateji hədəflərinin infrastukturlarını qurmağa çalışır. Beləliklə də Azərbaycanın daxili və çevrəsindəki bölgələrin stukturlaşdırılması prosesində önəmli sosial-iqtisadi, klerikal və ictimai proseslərdə önə çıxmaq hədəflərini rəsmiləşdirmək hədəflərinin modelləri qurulub. Tehran rejiminin addımlarının arxasında duran tək hədəf Qarabağ düyününün açılmasını mümkün qədər əngəllməkdən ibarətdir.
Tehran rejiminin Xarici İşlər Nazirliyinin Qarabağla ilgili özəl nümayəndəsi Cabir Ənsarini tez-tez Bakıda, İrəvanda və Moskvada görmək adi hallardan birinə çevrilib. Sözdə bu düyünün açılmasında tərəfdaş kimi çıxış edən İran mollakratiya rejiminin amacı İrəvanla birlikdə ATƏT-ə bənzər fərqli bir bürokratik düzəni rəsmiləşdirməkdir. Qarabağ məsələsi ilə ilgili o zaman imitasiya xarakterli fəallıq göstərilməyə başlanılır ki, Türkiyənin birmənalı şəkildə işğal edilmiş ərazilərin boşaldılması haqqında irəli sürdüyü məsələlər Rusiya, Ermənistan və İranın dərhal əndişələnməsinə səbəb olur. Rusiyanın erməniəsilli xarici işlər naziri Sergey Lavrov isə proseslərdən yayınmaq üçün İranın bu cəhdlərini “beyin fırtınası” adlandırmışdır. Halbuki, İranın modern görünüşlü paniranist və panfarsist prezidenti Həsən Ruhani və Ermənistanın prezidenti Serj Sərkisyan arasında iki ölkənin bölgəsəl strateji təhlükəsizliyi barədə müqavilələri vardır. ATƏT-in Mİnsk Qrupunun ötən müddətdə hər hansı bir ciddi addımları atmaması, problemin həll edilməsində “tərəflərin razılığa gəlməsi” taktikası ilə hərəkət etməsi İran mollakratiya rejiminin aktiv şəkildə meydanda at oynatması deməkdir.
Dağıstan üzərindən İranın da iştirak etdiyi və Azərbaycana qarşı aparılan antitürk siyasəti, Gürcüstanda - Borçalıda Türkiyə əleyhində görüşlərin “aşırı şiəlik-cəfərlik” düzəninə bağlanılması, Ermənistanın bu hədəflərə daim dəstək olması, Azərbaycanın daxilində milli dövlət olmanın düzəninə qarşı hazırlanan sosiallaşma proseslərində mollkratiya rejiminin siyasətinin çiçəklənməsi deməkdir. Buna görə də Azərbaycan Qarabağ məsələsində və işğal olunmuş digər ərazilərimizin azad edilməsində bir sıra çıxılmazlıqlar və dilemma ilə üz-üzə qalmış durumdadır. Bunun əsas səbəblərindən biri də Avropanın sömürgə siyasəti üzərində formalaşmış ənənəvi yanaşmalardır. Belə ki, Avropanın xudpəsəndliklə yanaşdığı və standart şəkildə “III Dünya Ölkələri” anlayışı imkan vermir ki, Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və digər dövlətlər etnik separatizm proseslərinin qarşısını ala bilsinlər.

500 millyardlıq hədəflər

Rusiya və Türkiyənin Suriya məsələsində münasibətlərinin tamamilə korlanmasının sayəsində həmin boşluğa İran rejimi asanlıqla daxil olmağı sərgiləməkdədir. Bununla da Tehran rejiminin Qafqaz siyasəti hədəflərinə rəsmi Moskvanın “yaşıl işıq” yandırması indi hər iki tərəf üçün təbii qarşılanır. Yaranmış belə bir durumdan faydalanan tərəfin isə Ermənistan ola biləcəyi göz önündədir. Tehran Universitetinin MDB Araşdırmaları Mərkəzinin etiraf etdiyinə görə, İran Rusiya-Türkiyə münasibətlərinin böhranla müşahidə olunması ucbatından orta hesabla 500 milyard dollar qazanc əldə edə bilər. Bununla da Xəzər dənizi vasitəsilə dünyada ən iri silah istehsalçısı kimi tanınan Rusiyanın asanlıqla Hindistan və digər ölkələrlə əlaqələrinin sürətlənməsinə səbəb ola bilər. Qara dənizdən Balkanlara, Adrikatik dənizindən Ağ dəniz yolu ilə Orta Doğuda uzun illər Rusiyanın asan şəkildə apardığı hegemonluğun qarşısını Avropa Birliyi üzvü olan dövlətlər almağı bacarsalar da, Qafqaz və Orta Asiya regionları hələ ki, Rusiyanın hegemonluq hədəfləri üçün münbit xarakter daşıyır. Bunun üçün də İran hazırda Rusiyanın ən böyük tərəfdaşı rolunu oynayır. Qafqaz siyasətində Dağıstan, Çeçenistanda və digər bölgələrdə zamanla irəli sürülən “antitürk” siyasətin də mənası bundadır. Güney Qafqazda etnik separatizmin alvolandırılması və Ermənistanın Rusiya və İran arasında ortaq nöqtədə dayanması da həmin hədəflərə xidmət edir. Bu gün İranın Qarabağ probleminin həll edilməsində sülhyaradıcı missiya təşəbbüsü ilə çıxış etməsinin mənası da buradan doğmuşdur. Guya Tehran rejimi “ədalətli” mövqe sərgiləməklə qonşu dövlətlər arasında sülhün bərpasına çalışacaqdır. Halbuki İrəvanda iranşünas kimi tanınan ekspert Vardan Voskanyan dolayı yolla bildirmişdir ki, ATƏT-in Mİnsk Qrupunda İranın təmsil olunması Ermənistanın xeyrinə ola biləcək addımlar sayılmalıdır. Bu gün İranın Qarabağ məsələsi ilə bağlı irəli sürdüyü təkliflər paketi faktiki olaraq ATƏT-in Mİnsk Qrupunun illərdir gündəmdə saxladığı faktlardan heç də fərqlənmir.
Son aylarda İran-Rusiya münasibətlərinin intensiv xarakter daşıması Qafqazda Tehran rejiminin də fəallaşmasına səbəb olmuşdur. Bu iki ölkə arasında ticarət əlaqələrinin gözlənilmədən bir neçə dəfə artması onların Orta Doğuda fərqli formada mövqelərinin güclənməsinə səbəb olmuşdur. Tehran və Moskvanın hədəfində olan Suriyaya tam nəzarəti əldə saxlamaq ilk sırada yer alır. Suriyanın Orta Doğu və Ağ dəniz hövzəsində strateji önəm daşıması dünya siyasətində İran və Rusiyanın mövqelərinin güclənməsi deməkdir.
Bu arada Azərbaycanın da bir dövlət olaraq iki qonşu dövlətin tandeminin qarşısına necə və hansı strateji hədəflərlə çıxa biləcəyi nəticəsində ölkənin inkişaf perspektivlərinin prioritetləri gündəmi məşğul edən ən böyük sual olaraq qalmaqdadır. İndi mövcud olan bəlirsizlik zolağından çıxış nöqtəsi kimi öncələrdən hazırlanmış proyektlərin mümkün qədər həllinə çalışmaqla, kataklizmlərə nöqtə qoymaq mümkündür. Bu, Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Tiflis-Ərzurum qaz boru xəttinin və Bakı-Tiflis-Qars dəmir yolunun sabitliyi, inkişafı doktrinasına bağlıdır. Təbii ki, strateji müttəfiqlik bu prosesdə önəmli rol oynayır. Azərbaycan-Gürcüstan-Türkiyə və GÜAM çərçivəsində prioritetlərə uyğun proseslərin dinamizmi bütün bunlara gərəkən cavabların verilməsi deməkdir. Rusiyanın Ukraynanın ərzilərini işğal etməsi təbii ki, Şərqi Avropa dövlətlərinin Avropa Birliyi üzvü olan ölkələrə olan inamını əməlli-başlı sarsıtmışdır. Qərb bu məsələdə artıq öncələrə buraxdığı səhvləri və yalnışlıqlarını düzəltmək üçün hərəkətə keçmişdir. Minskdə iki aydır davam edən Avropa Birliyi, Rusiya və Ukrayna formatında üçtərəfli görüşlərin sonucu bir sıra məsələlərin həll edilməsində ümidlərin yaranmasına səbəb olmuşdur.

Bakının çevik və dinamik problemi

Azərbaycanda daxili iqtisadi və sosial problemlərin həlli yönündə uzun illərdir verilən vədlər faktiki olaraq əhalinin ümidlərini heç zaman doğrultmamışdır. Bunun başlıca səbəblərindən biri də odur ki, inzibati amirlik metodu ilə idarəetmə hakimiyyətin prioritet siyasəti ilə müşahidə olunur. Ölkəni sadəcə təbii sərvətlərindən əldə edilən gəlirin buxovuna çevirməyin acı nəticələri isə ötən ilin dekbar ayından başlanılan maliyyə böhranları, devalvasiya, bahalaşmanın bir sıra sahələrdə iki yüz faizi ötməsi ilə sübut olundu. Azərbaycanda dinamik iqtisadi siyasəti apara biləcək reformatorların hakimiyyətdə təmsil olunmaması da bu böhranın səbəblərindən biridir. Təqaüd yaşını çoxdan ötmüş kadrların uzun illər durğunluq təfəkkürü ilə idarəetmə sistemində çalışması indi yaşanılan böhranların əsas səbəblərindən biridir.
İran və Rusiyanın Qafqazda istədiyi şəkildə və ya formada apardığı dərin siyasətlərin qarşısını çevik və dinamik kadrların sayəsində həll etmək mümkündür. Buna görə də indi üz-üzə qaldığımız böhranlardan tək çıxış yolu, kadr islahalatlarına başlanılmasıdır. Bacarıqsız, təqaüd yaşında olan iriçəkili məmurlarla vidalaşmanın zamanı nəinki çatmışdır, bizlər hətta bu məsələdə tamamilə uduzmuş mövqedəyik.
Ermənistan Elmlər Akademiyasının ekspertlərindən biri olan Ruben Safrastyan qeyd edir ki: “Qarabağ probleminin həllində İran və Türkiyənin üz-üzə dayanmasından bizlər mümkün qədər fəal şəkildə yararlanmalıyıq. Çünki, Türkiyənin Azərbaycanın yanında yer alması, qarşılıqlı şəkildə İran-Ermənistan tandeminin gücünü artırır. Türkiyənin Qafqazda mövqelərinin mümkün qədər neytrallaşdırılması Qarabağ məsələsinin ən bəsit şəkildə olsa da dondurulmuş vəziyyətdə saxlanılması deməkdir. Belə olduğu təqdirdə İran Qafqazda daha güclü bir şəkildə yerini möhkəmələdə biləcək. Bütün bunlar Ermənistanın mövqeyinin artmasına xidmət edəcək”.
İran mollakratiya rejiminin Azərbaycan dövlətinə qarşı “etnik separatizm”ləri dolayı formada dəstəkləməsi və bununla yanaşı klerikal düzəndə fəaliyyətlərini gücləndirməsi faktını kimsə inkar edə bilməz. Ancaq, bütün bunların qarşısını inzibati metodlarla almaq da yalnış siyasətdir. Bunun üçün də hakimiyyətdəki kadrlar dəyişməlidir. Cəmiyyətdə dinamizm sadəcə siyasi proseslərdə deyil, ən adi həyat düzənində özünü göstərməlidir. Kütləvi savadsızlığın baş alıb getdiyi məmləkətdə təbii olaraq, həmin boşluğu mövhumat dolduracaq. İndi həmin boşluqda Tehran rejimi öz mövqelərini gücləndirməkdədir. Onun sadəcə sosial deyil, həm də ictimai və iqtisadi infrastukturlarının ənənəyə çevrilməsinə çalışılır. Bu gün Bakıda fəaliyyət göstərən və cəsus yuvası sayılan “İran Mədəniyyət Mərkəzi”nin rəhbərliyinin tez-tez dövlət qurumlarında peyda olması, müxtəlif proyektlər üzrə anlaşmalar aparması, hətta bir sıra müqavilələr bağlaması da Tehrandan uzanan məkrli hədəflərin bir parçasıdır. Yaranmış durumdan çıxış nöqtəsi odur ki, Azərbaycanın qonşu ölkələrlə milli maraqlarına görə prioritet hədəfləri ictimai xarakter daşımalıdır. Ona görə ki, bu proseslərdə cəmiyyətin iştirakı həmin maraqlarla uzlaşdırılmalıdır. Nə qədər ki, gec deyil, İranın Qafqaz doktrinasında yern alan uzaq hədəflərinin qarşısı alınmalıdır. Yoxsa, bir gün gözlərimizi açıb görəcəyik ki, hansısa bir kənd deyil, bütovlükdə ölkənin özü mollkratiya siyasətinin bir parçasına çevrilib.
Bizə o da bəllidir ki, əski sankstrit-dravid düşüncə tərzi daim bəşəriyyətə qarşı olub. Özəlliklə də Türkün bəşəri düzəninə qarşı hədəflərin yayğınlaşdırılmasına qarşı virus rolunda çıxış edib.

Ənvər BÖRÜSOY


Geri dön