Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pekindən gələn azərbaycanlı tələbə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Pekindən gələn azərbaycanlı tələbə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib

Pekindən gələn azərbaycanlı tələbə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib


Fevralının 12-si saat 17:30-da 1 saylı Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır, Pekində təhsil alır. Pekindən Abu Dabi şəhərinə, fevralın 12-də isə Abu Dabidən Bakıya gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir neçəsi karantin müddəti bitdiyinə görə evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evə buraxılacaqları gözlənilir.

Geri dön