Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Xocalı ayı” çərçivəsində Lvovda konfrans keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər > “Xocalı ayı” çərçivəsində Lvovda konfrans keçirilib

“Xocalı ayı” çərçivəsində Lvovda konfrans keçirilib


Ukraynada elan olunan “Xocalı ayı”na bu ölkənin Daxili İşlər Nazirliyinin Lvov Dövlət Daxili İşlər Universitetində start verilib.

Xocalı soyqırımı ilə bağlı “Bizi eşidin! Dünya uşaqları sülh yolunda!” mövzusunda keçirilən konfransda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Universitetin rektoru, hüquq elmləri namizədi Roman Blaquta, Lvov Vilayət Administrasiyasının Millətlər, dinlər və maliyyə-planlaşdırma şöbəsinin müdiri Lesya Kornat, Lvov şəhər merinin müavini Andrey Moskalenko, tanınmış ictimai-siyasi xadimlər, diaspor fəalları, Krım tatarları icmasının üzvləri, tələbələr və yerli KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Gənclər Departamentinin birgə təşkilatçılığı və təşəbbüsü ilə keçirilən konfransda çıxış edən rektor R.Blaqut bildirib ki, insanlığa və bəşəriyyətə qarşı törədilən cinayətlərə ədalətli hüquqi qiymət verilməlidir. Müharibələrdə ən çox ziyan çəkən uşaqlar olur. Bütün bəşəriyyət sülhə nail olmalıdır.

Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli faciə olduğunu deyən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev qeyd edib: “İkinci Dünya müharibəsindən sonra bəşəriyyət elə düşünürdü ki, artıq insanlar sülh şəraitində yaşayacaqlar. Ancaq bu, belə olmadı. Bütün dünyanın gözü qarşısında Xocalı soyqırımı törədildi. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasəti nəticəsində Xocalı soyqırımına dair həqiqətlər bütün dünya ictimaiyyətinə çatdırılıb. Ermənilərin işğalçı, terrorçu əməlləri ifşa olunub”.

Diplomat vurğulayıb ki, ən dəhşətlisi, bəzi dövlətlərin Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyanın dünya mətbuatına açıqlamasında soyqırımı faktını etiraf etməsinə baxmayaraq, ikili siyasət yürütməsidir. 1992-ci ildə Xocalı soyqırımı törədilən zaman dünya birliyi düzgün hüquqi qiymət versəydi, bu gün Ukrayna və digər ölkələrdə yeni münaqişə zonaları yaranmazdı.
Sonra çıxış edən Lvov Vilayət Administrasiyasının Millətlər, dinlər və maliyyə-planlaşdırma şöbəsinin müdiri Lesya Kornat, Lvov şəhər merinin müavini Andrey Moskalenko, UNESCO-nun Ukrayna üzrə nümayəndəsi Kot Mixaylo, ehtiyatda olan general polkovnik İvan Ploxotnyuk, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Gənclər Departamentin sədri Şəhriyar Məhərrəmov, Ukrayna Azərbaycanlılar radasının katibi Xəyyam Həqiqətoğlu Xocalı soyqırımının təkcə Azərbaycana qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı törədildiyini bildiriblər. Qeyd ediblər ki, Xocalı soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

Çıxışlardan sonra Azərbaycanda və Ukraynada müharibə zamanı həlak olanların xatirəsinə şamlar yandırılıb, səmaya şarlar və sülh rəmzi olan göyərçinlər buraxılıb.

Geri dön