Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran İslam İnqlabından 41 il sonra bu ölkənin apardığı təbliğat və ortaya çıxan görüntü.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran İslam İnqlabından 41 il sonra bu ölkənin apardığı təbliğat və ortaya çıxan görüntü.

İran İslam İnqlabından 41 il sonra bu ölkənin apardığı təbliğat və ortaya çıxan görüntü.


İran İslam İnqlabından 41 il sonra bu ölkənin apardığı təbliğat və ortaya çıxan görüntü, Vaşinqtonda müzakirə mövzusu oldu. İran üzrə ixtisaslaşan Atlantik conuncilin rəsmisi, Barbara Slavin və onun ətrafında toplanan siyasi jurnalistlər İslam Respublikasında baş verənləri araşdırmağa calışdı.Müzakirələrə qatılanlar, İrana gedən jurnalistlərin bu ölkəyə daha girə bilməməsinin səbəblərini, o cümlədən onların İranla bağlı məlumatları hansı çətinliklərlə topladıqlarını müzakirə etdi.

Nyu-York Times qəzetinin Fərnaz Fasihi, ən son hadisəyə, İranın Ukraynaya məxsus təyyarəni vurulmasına diqqət cəkdi. Əvvəlcə İran rəsmilərinin sosial media üzərindən bütün açıqlamalarını toplayan jurnalist, onların ziddiyyətli fikirlərindən şübhə etdiyi üçün özünün mənbələri ilə işləməyə başlayıb. Bunulada Nyu-York Timesin jurnalisti İran hakimiyyətinin yalanını acmağa müvəffəq olub.

"Mənə maraqlı gələn o olduki, necə ola bilərki, İran prezidenti bu barədə xəbəri yoxdur ifadəsini işlətdi. Bizi bu özünə cəlb etdi. Necə ola bilər ki, bir ölkənin Prezidenti məlumatsız olub. Bu necə mümkündür?!Ölkə prezidenti baş verən xəbərdən necə kənarda saxlanıla bilir. Bu prezidentin hökumətdə necə legitimliyi var. Bəs onda, kimdir reallıqda İranı nəzarədə saxlayan."



"Yalan informasiya, sonunçu inqlabın böyük bir hissəsi idi.Yalanlardan biri də o idiki, Şah barəsində informasiyalar şişirdilmiş, və insanların Şaha nifrəti artmışdı. İran insanı necə katastrofik yoldan kecib. Yalandan asılı idi. Yalan gec və ya tez xalqı üsyana aparır."



Müzakirələrdə İranın mütəmadı dünya mətbuatı üçün deinformasiya istehsal etməsinə də toxunuldu. İranın gələcəyini araşdıran Barbara Slavin onu da söylədi ki, yanlış informasiya Amerikadan da gələ bilir. Məsələn konqres və ağ evin elanında İranın nüvə silahları proqramının inkişafı deyilsədə, sonradan bu təstiqini tapmamışdı. Xanım, Barbara söylədiki, rəsmi Vaşinqtondan gələn bu tipli informasiyalar da etibarını itirilməsinı səbəb olur. İran hakimiyyətinin söylədiyi yalanları isə saymaqla bitməz deyir.



"Mən bir necə dəfə İranda qısa səyahətdə olmuşam və həmişə dostlarımın köməyindən asılı olmuşdum. Mən orda olandan sonra, bir hissim var İranla bağlı bu xəbər düzdür və ya səhvdir. Belə bir deyim var, əlimizdə olan kicik görüntülərdir, kino isə hələ hec kimdə yoxdu. Təəssüfki, iran dünyaya yalan informasiya istehsal edir."



İranda müxalifətin liderin olmaması da Amerikadakı siyasətcilər üçün suallar yaradır.İranın gələcəyini proqnoz edənlər, bu amilə söykənərək lidersiz toplumun dəyişikliyə gücü yetməyəcəyi qənaətindədirlər. Ameriknın bu məsələyə diqqət etməsini zəruri bilirlər. Digər tərəfdən isə iqtisadi sanksiyaların da İranın xeyirinə işləyə biləcəyindən narahatdırlar.



"Əgər Amerika və İran arasında gizli danışıqlar aparılmırsa, mən rahatlıqla deyə bilərəm biz dalana dirənmişik. Hamımız razılaşırıq ki, iqtisadi embarqo və sanksiyalar İran rejimini tərbiyyələndirməkdə heç nəyə kömək etməyəçək. sanksiyalardan sadəcə sadə insanlar əziyyət cəkəcək. Əgər sadə xalq orda ac,güçsüz və kasıb olacaqsa onların rejimə qarşı etiraz etməyə gücü olmayacaq. "

Xatırladaq ki, İranda Şah rejimi 1979-cu ildə devrilmişdi. İnqilabın lideri Xamneyi ölkəyə azadlıq gətirəcəyini vəd etsə də, ağır günləri məhz o tarixdən başlayıb. Orta Doğuda önəmli dəyişikliklərə səbəb olan İran inqilabından sonra, Amerika-İran münasibətləri də pisləşdi. Buna, inqilabçıların 41 il əvvəl Birləşmiş Ştatların Tehrandakı səfirliyinə hücum etməsi səbəb olmuşdu.

Geri dön