Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Litvanın Baş Naziri: Çinə hər cür yardım etməyə hazırıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Litvanın Baş Naziri: Çinə hər cür yardım etməyə hazırıq

Litvanın Baş Naziri: Çinə hər cür yardım etməyə hazırıq


Litvanın Baş Naziri Saulyus Skvernyalis ölkəsinin Çinə humanitar yardım göstərməyə və koronovirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu onun təsisatları ilə daha sıx əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

Baş Nazirin bu dəstəyi Çin hökumətinin başçısı Li Ketsyana göndərdiyi məktubda ifadə olunub.

Qeyd edək ki, indiyədək Litvada bu virusa yoluxma halı qeydə alınmayıb. Litva Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Çinə getməməyi tövsiyə edib.

Ölkənin hər üç hava limanında Milli İctimai Səhiyyə Mərkəzinin mütəxəssisləri növbə çəkirlər.

Geri dön