Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistan vətəndaşı öz təşəbbüsü ilə Çinə 27 min tənzif maska aparıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Özbəkistan vətəndaşı öz təşəbbüsü ilə Çinə 27 min tənzif maska aparıb

Özbəkistan vətəndaşı öz təşəbbüsü ilə Çinə 27 min tənzif maska aparıb


Özbəkistan vətəndaşı, 28 yaşlı Muradjon Kenjebaev öz təşəbbüsü ilə fərdi qaydada Çinin Quançou şəhərinə 27 min tənzif maska aparıb.

Çində yaşayan Özbəkistan vətəndaşı 11 gün əvvəl Daşkəndə gələrək, 12 min maska alıb və Çinə qayıdıb. Dünən isə Muradjon Kenjebaev Özbəkistana qayıdaraq daha 15 min maska aparıb.

Muradjon Kenjebaev jurnalistlərə bildirib ki, o, 6 ildir Çində yaşayır və burada xarici ticarət üzrə təhsil alır, həmçinin ərəb dilini öyrənir. O, Çini ikinci Vətəni hesab edir. Tələbə kimi Çin hökumətindən təqaüd alır.
“Çinin çətin günlərində ikinci Vətən hesab etdiyim ölkəyə kiçik də olsa kömək etmək qərarına gəldim və düşünürəm ki, ehtiyac olarsa, yenə bu istiqamətdə iş görəcəyəm”, - deyə o qeyd edib.

Geri dön