Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yanvarda pərakəndə ticarət şəbəkəsində 3,1 milyard manatlıq məhsul satılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Yanvarda pərakəndə ticarət şəbəkəsində 3,1 milyard manatlıq məhsul satılıb

Yanvarda pərakəndə ticarət şəbəkəsində 3,1 milyard manatlıq məhsul satılıb


Yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3,1 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artıb.
Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 6,1 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Yanvarda istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,2 faizi fərdi sahibkarlar tərəfindən, 27,2 faizi isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artıb, bazar və yarmarkalarda isə 8,4 faiz azalıb.

Ay ərzində əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya keçən ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Geri dön