Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb


NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti Əfqanıstandakı missiyada iştirak edir.

DAVAM.AZ

Geri dön