Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məktəblilər narkomaniyanın və erkən nikahın fəsadları barədə məlumatlandırılıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Məktəblilər narkomaniyanın və erkən nikahın fəsadları barədə məlumatlandırılıblar

Məktəblilər narkomaniyanın və erkən nikahın fəsadları barədə məlumatlandırılıblar


Goranboy Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı 3 saylı tam orta məktəbdə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri”, “Erkən nikah və onun fəsadları” mövzularında görüş keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov tədbirdə çıxış edərək narkomaniyanın, narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onların insan sağlamlığı və genefondumuz üçün doğurduğu fəsadlardan danışıb. Qeyd edib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərmələrinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə ciddi diqqət yetirməli, uşaqların elmə, idmana və təhsilə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.
Tədbirdə, eyni zamanda, erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu cür mənfi hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin qısa müddətdə dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş olunub.

DAVAM.AZ

Geri dön