Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?


2020-ci ilin yanvarında Azərbaycan vətəndaşları Türkiyədə 99 daşınmaz əmlak əldə edib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 4 obyekt çoxdur.
Bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanları məlumat verir. Ümumilikdə, ötən ay Türkiyədə 113 615 daşınmaz əmlak satılıb ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 55,8 faiz çoxdur. 2020-ci ilin yanvarında Türkiyədə əcnəbilərə 3 907 daşınmaz əmlak satılıb. Bu göstərici ötən ilin yanvarı ilə müqayisədə 23,3 faiz çoxdur.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədə 1 191 daşınmaz əmlak əldə edib və bu 2018-ci illə müqayisədə 59 obyekt azdır. Azərbaycan vətəndaşları 2019-cu ilin dekabr ayında Türkiyədə 146 daşınmaz əmlak əldə edib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 20 obyekt azdır.

DAVAM.AZ

Geri dön