Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq

Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq


Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirməlidir.
Eyni zamanda Təhsil Nazirliyinə 2020-2025-ci illərdə təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması ilə bağlı tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.

DAVAM.AZ

Geri dön