Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Formula 2: “MP Motorsport” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Formula 2: “MP Motorsport” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb

Formula 2: “MP Motorsport” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb


Formula 2 yarışlarında iştirak edən “MP Motorsport” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb. Komandanı yeni mövsümdə yaponiyalı Nobuxaru Matsusita və braziliyalı Felipe Druqoviç təmsil edəcəklər. Yaponiyalı pilot ötən mövsümü Formula 2-də “Carlin” komandasında keçirib. İki qələbə qazanan N.Matsusita pilotların sıralamasında altıncı olub. 2019-cu ildə Formula 3-də “Carlin” komandasında mübarizə aparan F.Druqoviç 8 xalla 16-cı pillədə qərarlaşıb.
Formula 2 yarışlarının yeni mövsümünə martın 20-22-də Bəhreyndə keçiriləcək Qran-Pri ilə start veriləcək. Çempionatın beşinci mərhələsi iyunun 5-7-də Bakıda təşkil olunacaq. Yarışda 11 komanda birincilik uğrunda mübarizə aparacaq.

DAVAM.AZ

Geri dön