Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azəri-Çıraq-Günəşli” üzrə bonusun 450 milyon dollarlıq 3-cü hissəsi Neft Fonduna ödənilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > “Azəri-Çıraq-Günəşli” üzrə bonusun 450 milyon dollarlıq 3-cü hissəsi Neft Fonduna ödənilib

“Azəri-Çıraq-Günəşli” üzrə bonusun 450 milyon dollarlıq 3-cü hissəsi Neft Fonduna ödənilib


“Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə uzadılmış saziş çərçivəsində xarici investorlar tərəfindən ümumi bonusun üçüncü hissəsi - 450 milyon dollar bu il yanvarın 7-də Azərbaycan Respublikası Dövlət Neft Fonduna ödənilib.
Bu barədə Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edək ki, ümumi bonusun ilk 2 hissəsi - hər biri 450 milyon dollar olmaqla 2018-ci və 2019-cu illərdə Neft Fonduna ödənilib. Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2017-ci il sentyabrın 14-də imzalanan Sazişə əsasən, xarici investorlar tərəfindən 2018-2025-ci illər ərzində ölkəmizə ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur.

DAVAM.AZ

Geri dön