Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyanın ən zəngin insanı iqlim dəyişkənliyi ilə mübarizəyə 10 milyard dollar ayırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Dünyanın ən zəngin insanı iqlim dəyişkənliyi ilə mübarizəyə 10 milyard dollar ayırıb

Dünyanın ən zəngin insanı iqlim dəyişkənliyi ilə mübarizəyə 10 milyard dollar ayırıb


Dünyanın ən zəngin insanı Cef Bezos iqlim dəyişkənliyi ilə mübarizəyə 10 milyard dollar bağışlayacaq. Ayırdığı vəsait elm adamları, fəallar və digər qrupların fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunacaq.
"Mən bəşəriyyətin üz-üzə qaldığı iqlim dəyişkənliyi təhlükəsi ilə mübarizədə mövcud üsullarla yanaşı, eni üsulların işlənib hazırlanmasını istəyirəm",- deyə dünyanın ən zəngin insanı bildirib. O, vəsaitin bu ilin yayında köçürüləcəyini söyləyib.
Qeyd edək ki, Cef Bezosun ümumi sərvəti 130 milyard dollar həcmindədir. İqlim dəyişkənliyi ilə mübarizə üçün nəzərdə tutduğu məbləğ isə iş adamının ümumi sərvətinin təxminən 8 faizini təşkil edir.

DAVAM.AZ

Geri dön