Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tbilisidə aztəminatlı azərbaycanlılar pulsuz tibbi müayinə və müalicə olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Tbilisidə aztəminatlı azərbaycanlılar pulsuz tibbi müayinə və müalicə olunur

Tbilisidə aztəminatlı azərbaycanlılar pulsuz tibbi müayinə və müalicə olunur


Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Gürcüstanın başkəndi Tiflisdə yerləşən Viva Medi klinikasında ödənişsiz ikigünlük tibbi aksiya təşkil olunub.
Aksiyada sosial təminatsız vətəndaşlar iştirak ediblər. Onlar ödənişsiz olaraq terapevt, kardioloq, LOR və digər həkimlərin müayinələrindən yararlanıblar. Pasiyentlərə həkim məsləhəti verilib və müalicə təyin edilib.
Qeyd edək ki, aksiya Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunub. Bucür aksiya Tbilisidən başqa, Rustavi şəhəri, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani, Bolnisi, Kaspi və Laqodexi rayonlarında da keçiriləcək.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön