Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həssas qruplara aid olan şagirdlər üçün breyn-rinq keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Həssas qruplara aid olan şagirdlər üçün breyn-rinq keçirilir

Həssas qruplara aid olan şagirdlər üçün breyn-rinq keçirilir


Paytaxtdakı ümumi təhsil müəssisələrinin şagirdləri arasında psixointellektual breyn-rinq oyununa start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan oyunların əsas məqsədi məktəblilər arasında xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqəti artırmaq, müvafiq qrupa daxil olma ehtimalı olan şagirdlərin istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə bacarıqlarını inkişaf etdirməkdir. Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan psixointellektual oyun rayon və şəhər turundan ibarətdir.
Rayon turunda VII-IX sinif şagirdlərindən ibarət komandalar müəyyən vaxt ərzində onlara verilən müvafiq tapşırıqları yerinə yetirirlər. I mərhələdən uğurla keçən komandalar şəhər turuna vəsiqə qazanacaqlar. Qalib gələn komandalara diplom və hədiyyələr təqdim olunacaq

DAVAM.AZ

Geri dön