Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib

İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib


İsrail raket hücumundan sonra Qəzza zolağına qarşı tətbiq olunan bir sıra təcili tədbirləri ləğv edib. Bu barədə İsrailin Müdafiə Nazirliyindən bildiriblər. Bildirilir ki, bu barədə qərar "son günlər Qəzza bölgəsində müşahidə edilən sakitlik baxımından" qəbul edilib: "İsrail Qəzza sakinlərinə ölkəyə giriş üçün 2 min nəfərə icazə verəcək və çərşənbə günü balıq ovu sahəsini 15 dəniz mili genişləndirəcək".
Xatırladaq ki, fevralın 15-i İsrail Hərbi Hava Qüvvələri raket hücumuna cavab olaraq Qəzza zolağında Həmasın mövqelərini bombalayıb.

DAVAM.AZ
“Orta Doğu Bürosu”

Geri dön