Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aclıq aksiyası keçirən milli fəal zindanda huşunu itirmişdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Aclıq aksiyası keçirən milli fəal zindanda huşunu itirmişdir

Aclıq aksiyası keçirən milli fəal zindanda huşunu itirmişdir


Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan və neçə müddətdir qanunsuz olaraq həbsdə saxlanılan Şahin Bərzgər ailəsi ilə telefon əlaqəsində fevralın 1 və 2-də iki günlük quru aclıq aksiyası keçirdiyini bildirib. İrqçi fars rejimin ETTELAAT İdarəsinin təkadamlıq kameralarında saxlandıqlarına etiraz olaraq aclıq edən fəal aksiyanın ikinci günündə huşunu itirmişdir. Bundan sonra isə rejimin ETTELAAT İdarəsinin məmurları azərbaycanlı fəalların zindana köçürüləcəyi barədə vəd veriblər. Artıq bundan bir gün sonra azərbaycanlı fəallar rejimin ETTELAAT İdarəsindən Təbrizdəki Mərkəzi Zindanına köçürülüblər. Şahin Bərzgər həmçinin deyib ki, Məhəmməd Mahmudi və Səccad Şəhiri ayrı bölmədə, Əkbər Mühaciri, Şahin Bərzgər, Davud Şiri, Əyyub Şiri və Babək Hüseyni Müqəddəm isə eyni bölmədə saxlanılır.
Şahin Bərzgər dosyelərinin rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərildiyini bildirib. Onun sözlərinə görə, fəallar barəsində mülki vəsiqə qərarı çıxarılıb. Lakin həmin məhkəmə şöbəsi fəalların zaminə buraxılmasına icazə verməyib. Yaxalanmış fəallar ailə üzvləri ilə telefon əlaqəsində deyiblər ki, dindirilmə zamanı onlara deyilib ki, siz noyabr etirazları bəhanəsi ilə saxlanılıbsınız. Lakin artıq saxlandığınız üçün, sizin barənizdə hır hansı bir hökm çıxarılmalıdır. Qeyd edək ki, azərbaycanlı fəallar 2019-cu il noyabr etirazları zamanı Təbrizdə tutuqlanıblar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön