Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabı nəşr edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabı nəşr edilib

Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabı nəşr edilib


Xaricdə böyüyən nəslin Azərbaycana daha da bağlı olması məqsədilə müxtəlif ölkələrdə 60-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəblərində uşaqlara Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, incəsənəti tədris olunur. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, yenicə çapdan çıxmış “Azərbaycan dili” kitabı xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanması və inkişaf etdirilməsinə dəstək məqsədilə hazırlanıb. Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olaraq ərsəyə gəlmiş bu kitab xaricdə yaşayan 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında azyaşlı soydaşlarımızın yaş səviyyəsi, dünyagörüşü, maraq dairəsi, Azərbaycan dilində ünsiyyət qurmaq üçün zəruri ehtiyacları nəzərə alınıb. Xaricdə anadan olan və böyüyən uşaqların Azərbaycan dilini daha yaxşı mənimsəməsi məqsədilə kitabdakı materialların təqdimatı zamanı sadədən mürəkkəbə doğru prinsipinə riayət olunub. Kitabda həm qrammatik mövzular, həm də oxu materialları müxtəlif şəkillərin köməyi ilə izah olunub. Kitab 37 bölmədən ibarətdir. Hər bölmə həm qrammatik, həm də danışıq üçün müxtəlif səpkili tapşırıqlardan təşkil edilib. Kitabın sonunda, artıq müəyyən qədər dil bacarıqları qazanmış şagirdlər üçün əlavə oxu mətnlərinə də yer verilib. Eyni zamanda, müxtəlif sahələrə aid söz və ifadələrin 4 dildə tərcüməsi təqdim olunub. Mövzuların təqdimatında Azərbaycanın milli dəyərlərinə aid materiallara üstünlük verilib və kitabda heç bir yardımçı dildən (xarici dildən) istifadə edilməyib. Qeyd edək ki, xaricdə yaşayan 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş “Azərbaycan dili” kitabı ilk nəşrdir. Gələcəkdə yuxarı sinif şagirdləri üçün, eyni zamanda, dilimizin qrammatik və orfoqrafik qaydalarını daha geniş əhatə edən yeni kitabların hazırlanması nəzərdə tutulur.

DAVAM.AZ

Geri dön